Məhsul Menecerinin Assistenti

İşin təsviri

Namizədə olan tələblər:   

  • Ali təhsil (Texniki ixtisas üstünlükdür);   
  • İş təcrübəsi – Sənədləşmələr sahələrində təcrübəsinin olması arzuolunandır; 
  • Dil biliyi – İngilis dili (İntermediate və üzəri);   
  • Kompüter biliyi – Microsoft Office proqramları.  

Vəzifə öhdəlikləri:  

  • Texnikaların texniki təsnifat sənədlərinin hazırlanması;  
  • Sifariş blanklarının hazırlanması və müvafiq şəxslərin imzasına təqdim edilməsi;  
  • Tender araşdırmalarında dəstəyin göstərilməsi;    
  • Məhsul üzrə satışın stimullaşdırılması üçün təlimlərdə təşkilatçılıq edilməsi.   

İş şərtlərimiz:

  • Əmək haqqı: 600 AZN;  
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).  

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Menecerinin Assistenti” yazaraq göndərmələri xahiş olunur.