Müştəri Xidmətləri Bölməsinin Rəhbəri

İşin təsviri

Namizədə olan tələblər:   

  • Ali təhsil (Menecment ixtisası üzrə olması üstünlükdür);  
  • Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi olmalı;
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Powerpoint);  
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür); 
  • Sahə üzrə sertifikatların olması üstünlükdür;
  • Kollektivdə işləmə bacarığı və stressə davamlı olmalı.

Vəzifə öhdəlikləri:  

  • Yeni müştərilərin təmir xidmətləri üçün cəlb edilməsi; 
  • MXB əməkdaşlarının fəaliyyətinin nəticələrinin davamlı ölçülməsi və korreksiyaların edilməsi; 
  • MXB əməkdaşlarının təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi;
  • CRM üzrə iş prosesinə nəzarətin edilməsi; 
  • MXB-nin digər struktur bölmələrlə qarşılıqlı səmərəli kommunikasiyasının təşkil edilməsi; 
  • MXB üçün skriptlərin və təlimatların hazırlanması;
  • MXB-yə daxil olan şikayətlərin idarə olunması və aidiyyəti üzrə yönləndirilməsi; 
  • FAQ hazırlanması və mütəmadi yenilənməsinin təmin edilməsi; 
  • İmtina səbəblərinin hazırlanması, nəticələr haqqında dövri hesabatların hazırlanaraq birbaşa rəhbərə təqdim edilməsi; 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
  • Müştəri xidmətlərinin iş keyfiyyətinin, iş standartlarının və siyasətinin inkişaf etdirilməsi; 
  • Korporativ satış şöbəsindən gələn müracitələrin dəyərləndirilməsi; 
  • Bölmə əməkdaşlarından hesabatların alınması və onların doğruluğunun yoxlanılması; 
  • Sənəd axınına nəzarətin edilməsi; 
  • Müştərilər üçün endirim kampanyalarının icra edilməsində dəstəyin göstərilməsi; 
  • Müştərilər ilə görüşlərin keçirilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1800 AZN (NET);  
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri Bölməsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.