Direktor köməkçisi (İdxal üzrə)

  • PAY Group
  • Elanın qoyulma tarixi: 14.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə əsas öhdəliklər:

  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Bütün satınalma işləri və təchizat üzrə sifarişlərin idarə və təmin edilməsi;
  • Sifarişlərə uyğun olaraq mal və xidmətlərin təchizatını həyata keçirilməsinə nəzarət etmək;
  • Sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
  • Müqavilələri imzalamaqdan əvvəl rəhbərlə və müvafiq şöbələrlə birgə müqavilələri hazırlayaraq razılaşdırmaq;
  • Gündəlik sənədləşmə işlərini həyata keçirilməsini təmin etmək;
  • Məhsullar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq;
  • Satın-alınan məhsulun hərəkətinin və sənədləşdirilməsini izləmək və təşkil etmək.

Vəzifə üzrə əsas tələblər:

  • Ali təhsil (maliyyə, logistika üzrə ixtisasa üstünlük verilir);
  • Azərbaycan, ingilis və rus dillərini dillərini (şifahi və yazılı) əla bilmək.
  • Satınalma sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi üstünlükdür.
  • Kompyuter biliyi: MS Office (Word, Excel).
  • Məsuliyyətlilik, qərar vermə və problem operativ həll etmək, təçhizatı planlaşdırmaq və təşkil etmək bacarığı.
  • Satınalma sənədlərinin hazırlanması təcrübəsi olmalı.
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı olmalı.
  • Təchizat zəncirinin idarə olunması, satınalma prossesləri, habelə onların ümumi prinsiplərinə dair bilikləri olmalı.
  • Xanım namizədlərə üstünlük verilir.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü, 9:00-dan 18:00-dək.
  • İstirahət günü: Şənbə,Bazar.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən müəyyən ediləcək.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.