İdxalat mütəxəssisi

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Xarici və yerli şirkətlərlə danışıqlar aparmaq
  • Müqavilələr bağlamaq
  • Sifarişləri qeydiyyata alaraq yekun siyahını hazırlamaq və tədarükçülərə göndərmək
  • İdxal sifarişləri zamanı məhsulların bazar şərtlərinə uyğun qiymət indeks hesablanmasının aparılmasında iştirak etmək
  • Sifariş məlumatlarının tədarükçülərə ötürülməsini, ödəmənin və yükləmənin zamanında həyata keçirilməsini təmin etmək
  • İdxal mallarının anbardakı miqdarına nəzarət etmək, artıqlıq və çatışmazlıq hallarını minimuma endirmək
  • Ödəniş planlarını hazırlamaq və ödənişlərin icrasını təqib etmək
  • Logistika strukturuna yükləmə planını vermək, lazımi məlumatları təmin etmək
  • Yükləmələri nəzarətdə saxlamaq (sənədlərin düzgünlüyünü yoxlamaq, sertifikatlara müraciət etmək,  daxili şöbələrə məlumatları göndərmək, tədarükçülərə aid müvafiq sənədləşmələrin  icrasını təmin etmək,  məhsulların depoya qəbul olunmasını və  mağazalara göndərilməsini təqib etmək
  • Yükləmə sənədlərinin lazımi qovluqlarda saxlanmasını, Məhsulların maliyyətinin hesablanması üçün bütün lazımi məlumatların mühasibatlığa təqdim edilməsini təmin etmək
  • Tədarükçülərə ödənəcək vəsaitlərin büdcələnməsi üçün aylıq proqnozları hazırlayaraq müvafiq struktur bölməyə göndərmək
  • Yeni məhsulların sistemə tanıdılması üçün lazımi hesabatların hazırlanmasını və vaxtında müvafiq struktur bölmələrinə göndərilməsini təmin etmək
  • Əraziləri ziyarət etmək
  • Günlük,həftəlik,aylıq raporlar hazırlamaq
  • Mağaza sifarişlərini təmin etmək,rutlar üzrə icrasına nəzarət etmək
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
  • Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
  • MS Excel biliyi : Yüksək səviyyədə
  • Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İdxalat mütəxəssisi” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.