Təchizat və distributorluq üzrə mütəxəssis

  • Spektrmed
  • Elanın qoyulma tarixi: 25.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimizin laboratoriya avadanlıqlarının təchizatı və distributorluq fəaliyyətlərində öz bilik və təcrübələri ilə komandamıza güc qatacaq yeni əməkdaşlar axtarırıq.

İş yeri: Bakı

İş rejimi: 6  günlük (şənbə günü 10:00-13:00)

Əmək haqqı: Təchizat və distributorluq üzrə mütəxəssis üçün başlanğıc 600-800 AZN. Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq əmək haqqı məbləği təkrar nəzərdən keçirilə bilər.

Vəzifə öhdəlikləri:

  • Xarici və daxili bütün satınalma prosesinin təşkili;
  • Xarici və daxili təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
  • Xarici və daxili təchizatçılar ilə işgüzar yazışma və danışıqların aparılması;
  • Sifariş olunan məhsulların ölkəyə çatdırılmasının təşkili;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılaraq rəhbərliyə təqdim edilməsi; 
  • Satınalmaların təşkili ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Satınalma ilə bağlı hesabat, təqdimat və digər zəruri  sənədlərin hazırlanması.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil; 
  • Yüksək səviyyədə İngilis və Rus dili biliyi;
  • Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı;
  • Bazarı təhlil etmək bacarığı;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və  təşkil etmək, komandada işləmək bacarıqları;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları;
  • Microsoft Office (Word, Excel), 1C proqramlarında işləmə bacarığı.

Üstünlüklər:

  • Dərin bilik və bacarıqların inkişaf etdirilməsi üçün korporativ mühit;
  • Əməkdaşlıq etdiyimiz dünyanın aparıcı şirkətlərinin təcrübəsini öyrənmək;
  • Gələcəyin bu sahə üzrə peşəkar mütəxəssisinə çevrilmə imkanı;
  • Kariyera yüksəlişi imkanı;
  • Yerli və beynəlxalq tədbirlərdə iştirak;
  • Cari fəaliyyət nəzərə alınaraq uğurla icra edilmiş layihələrdən bonus əldə etmək.

Gözləntilər:

  • Stress və təzyiq altında işləmək bacarığı;
  • Daim öyrənməyə meyilli olmalı;
  • Kollektivin üzvləri ilə mehriban münasibətlərin qorunmasına diqqət;
  • Rəhbərlik və şöbələr arası subordinasiya qaydalarına əməl edilməsi.

Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Təchizat və distributorluq üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda müraciətlərə baxılmayacaq.