Satış və marketinq üzrə mütəxəssis / aparıcı mütəxəssis

  • Spektrmed
  • Elanın qoyulma tarixi: 16.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı

İş rejimi: 6  günlük (şənbə günü 10:00-13:00)

Əmək haqqı: Satış və marketinq üzrə mütəxəssis üçün başlanğıc 500 AZN + satışdan bonuslar / Satış və marketinq üzrə aparıcı mütəxəssis üçün başlanğıc 700 AZN + satışdan bonuslar. Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq əmək haqqı məbləği təkrar nəzərdən keçirilə bilər.

Vəzifə öhdəlikləri:

  • Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək;
  • Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
  • Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
  • Məsul olduğu bölgələrdə bazar, rəqabətlilik və müştəri analizləri etmək;
  • Zəruri hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Səhiyyə sahəsində xüsusəndə laborator tibbi diaqnostika bölümündə təcrübə sahibi olmaq;
  • Tibbi və ya bioloji təhsili olmaq mütləqdir;
  • Problemlərə həll yönümlü yanaşma;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma və təqdimat bacarığı;
  • Kompüter və ofis proqramlarından yaxşı istifadə etmək bacarığı;
  • İngilis və rus dili bilikləri;
  • Tibbi laborator diaqnostik cihazların satışında ən az 1 il təcrübəyə sahib olan namizədlərə üstünlük verilir.

Üstünlüklər:

  • Dərin bilik və bacarıqların inkişaf etdirilməsi üçün korporativ mühit;
  • Əməkdaşlıq etdiyimiz dünyanın aparıcı şirkətlərinin təcrübəsini öyrənmək;
  • Gələcəyin bu sahə üzrə peşəkar mütəxəssisinə çevrilmə imkanı;
  • Kariyera yüksəlişi imkanı;
  • Yerli və beynəlxalq tədbirlərdə iştirak;
  • Cari fəaliyyət nəzərə alınaraq satışlardan bonus əldə etmək.

Gözləntilər:

  • Stress və təzyiq altında işləmək bacarığı;
  • Daim öyrənməyə meyilli olmalı;
  • Kollektivin üzvləri ilə mehriban münasibətlərin qorunmasına diqqət;
  • Rəhbərlik və şöbələr arası subordinasiya qaydalarına əməl edilməsi.

Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Satış və marketinq üzrə mütəxəssis / Satış və marketinq üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda müraciətlərə baxılmayacaq.