Təchizat və distributorluq üzrə mütəxəssis / aparıcı mütəxəssis

  • Spektrmed
  • Elanın qoyulma tarixi: 16.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı

İş rejimi: 6 günlük (şənbə günü 10:00-13:00)

Əmək haqqı: Təchizat və distributorluq üzrə mütəxəssis üçün başlanğıc 600 AZN. Təchizat və distributorluq üzrə aparıcı mütəxəssis üçün başlanğıc 900 AZN.  Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq əmək haqqı məbləği təkrar nəzərdən keçirilə bilər.

Vəzifə öhdəlikləri:

  • Xarici və daxili bütün satınalma prosesinin təşkili;
  • Xarici və daxili təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
  • Xarici və daxili təchizatçılar ilə işgüzar yazışma və danışıqların aparılması;
  • Sifariş olunan məhsulların ölkəyə çatdırılmasının təşkili;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılaraq rəhbərliyə təqdim edilməsi; 
  • Satınalmaların təşkili ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Satınalma ilə bağlı hesabat, təqdimat və digər zəruri  sənədlərin hazırlanması.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil; 
  • Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyi;
  • Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı;
  • Bazarı təhlil etmək bacarığı;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və  təşkil etmək, komandada işləmək bacarıqları;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları;
  • Microsoft Office (Word, Excel) proqramlarında işləmə bacarığı.

Üstünlüklər:

  • Dərin bilik və bacarıqların inkişaf etdirilməsi üçün korporativ mühit;
  • Əməkdaşlıq etdiyimiz dünyanın aparıcı şirkətlərinin təcrübəsini öyrənmək;
  • Gələcəyin bu sahə üzrə peşəkar mütəxəssisinə çevrilmə imkanı;
  • Kariyera yüksəlişi imkanı;
  • Yerli və beynəlxalq tədbirlərdə iştirak;
  • Cari fəaliyyət nəzərə alınaraq uğurla icra edilmiş layihələrdən bonus əldə etmək.

Gözləntilər:

  • Stress və təzyiq altında işləmək bacarığı;
  • Daim öyrənməyə meyilli olmalı;
  • Kollektivin üzvləri ilə mehriban münasibətlərin qorunmasına diqqət;
  • Rəhbərlik və şöbələr arası subordinasiya qaydalarına əməl edilməsi.

Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Təchizat və distributorluq üzrə mütəxəssis vəya Təchizat və distributorluq üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda müraciətlərə baxılmayacaq.