İşin təsviri
İş yeri: Bakı
İş rejimi: 6 günlük (şənbə günü 10:00-13:00)
Əmək haqqı: Satış və marketinq üzrə mütəxəssis üçün başlanğıc 500 AZN + satışdan bonuslar / Satış və marketinq üzrə aparıcı mütəxəssis üçün başlanğıc 700 AZN + satışdan bonuslar. Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq əmək haqqı məbləği təkrar nəzərdən keçirilə bilər.
Vəzifə öhdəlikləri:
- Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək;
- Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
- Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
- Məsul olduğu bölgələrdə bazar, rəqabətlilik və müştəri analizləri etmək;
- Zəruri hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Səhiyyə sahəsində xüsusəndə laborator tibbi diaqnostika bölümündə təcrübə sahibi olmaq;
- Tibbi və ya bioloji təhsili olmaq mütləqdir;
- Problemlərə həll yönümlü yanaşma;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma və təqdimat bacarığı;
- Kompüter və ofis proqramlarından yaxşı istifadə etmək bacarığı;
- İngilis və rus dili bilikləri;
- Tibbi laborator diaqnostik cihazların satışında ən az 1 il təcrübəyə sahib olan namizədlərə üstünlük verilir.
Üstünlüklər:
- Dərin bilik və bacarıqların inkişaf etdirilməsi üçün korporativ mühit;
- Əməkdaşlıq etdiyimiz dünyanın aparıcı şirkətlərinin təcrübəsini öyrənmək;
- Gələcəyin bu sahə üzrə peşəkar mütəxəssisinə çevrilmə imkanı;
- Kariyera yüksəlişi imkanı;
- Yerli və beynəlxalq tədbirlərdə iştirak;
- Cari fəaliyyət nəzərə alınaraq satışlardan bonus əldə etmək.
Gözləntilər:
- Stress və təzyiq altında işləmək bacarığı;
- Daim öyrənməyə meyilli olmalı;
- Kollektivin üzvləri ilə mehriban münasibətlərin qorunmasına diqqət;
- Rəhbərlik və şöbələr arası subordinasiya qaydalarına əməl edilməsi.
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Satış və marketinq üzrə mütəxəssis / Satış və marketinq üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda müraciətlərə baxılmayacaq.