İnsan resursları üzrə menecer

  • Elanın qoyulma tarixi: 18.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən: Özünün bağ sahəsi olan müasir emal müəssisəsi

İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi

Əməyin ödənişi: Razılaşma yolu ilə.

Əlavə qeyd: Şirkət yeni fəaliyyətə başlayıb, özünün xammal bazası olan müasir emal müəssisəsidir.

Diqqət: Xahiş olunur ki, meyarlara cavab verməyən iddiaçılar müraciət etməsinlər. Meyarlara uyğun olmayan iddiaçılara geri dönüş edilmir.

Vəzifələri:

  • İnsan resurslarının idarə edilməsi üzrə Şirkətin siyasətini hazırlayır və müvafiq təsdiqdən sonra icrasını təmin edir;
  • İnsan resurslarının idarə edilməsi üzrə korporativ idarəetmə sistemlərinin, o cümlədən kadr planlaşması, işə qəbul\işdən azadetmə, treninq planlaşması, baza əmək haqqı, işçilərin profayllarının müəyyən olunması, əməyin qiymətləndirilməsi, motivasiya, karyer planlaşması, rotasiya və korporativ etika sistemlərinin layihələrini hazırlayır və müvafiq təsdiqdən sonra icrasını təmin edir.İnsan resurslarının idarə edilməsi üzrə bankdaxili standartları işləyib hazırlayır, müvafiq təsdiqdən sonra onun icrasını təmin edir;
  • İnsan resurslarının vaxtaşırı vəzifə uyğunluğunu müxtəlif test, atestasiya və s. yollarla yoxlanılmasını təmin edir;
  • Şirkəti lazım sayda, vaxtda və keyfiyyətdə insan ínsan resursları ilə təmin edir;
  • Şirkətdə insan kapitalının və loyal komanda formalaşması üçün tədbirlər görür;
  • Şirkətdə hədəf üzrə idarəetmə və nəticəyə əsaslanan motivasiya sistemi qurulmasına dəstək verir;
  • Şirkətin rəhbərliyinə insan resurslarının idarə edilməsi üzrə daima məsləhətlər verir;
  • İnsan resurslarının idarə edilməsi üzrə əməliyyat fəaliyyətini təşkil edir;
  • Şirkətdə insan resursları ehtiyatını yaradır;
  • Şirkətdə “iş yeri daimi öyrənmə yeridir” sistemi qurur və idarə edir;
  • Şirkətin insan resurslarının idarə edilməsi sahəsindəki risklərinin minimallaşması üçün tədbirlər görür;
  • Şirkətin rəhbərinin insan resurslarının idarə edilməsi üzrə ona  həvalə etdiyi layihələri idarə edir və tapşırıqları icra edir.

Vəzifəyə tələblər.

  • ali təhsil (hüquqi təhsilli olması daha məqsədəuyğundur),
  • insan resurslarının idarə edilməsi üzrə ən azı 5 il təcrübə,
  • insan resurslarının idarə edilməsi üzrə ən azı 2 il rəhbərlik təcrübəsi
  • yeni ideyalara malik olmaq və təşəbbüsü stimullaşdırmaq qabiliyyəti,
  • insan psixoloqiyası və motivasiyasını yüksək səviyyədə bilmək,
  • ünsiyyətqurma bacarığı,
  • problemləri həll etmə bacarığı,
  • menecerlik qabiliyyətləri,
  • Ms Office proqramında işləyə bilmək bacarığı.