İnsan Resursları üzrə Təcrübəçi

İşin təsviri

“Samadov Hüquq və Audit” MMC sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. “Samadov Hüquq və Audit” MMC öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Tələblər:

  • Ali təhsilli;
  • Yaxşı ünsiyyət qurma qabiliyyəti;
  • İR sahəsi üzrə karyera qurmaq hədəfi;
  • Öyrənməyə və inkişafa yüksək həvəs;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Ofis proqramları ilə işləmək bacarığı arzuolunandır.

İş şəraiti:

  • 5 günlük iş rejimi;
  • Təcrübə müddəti: 1-3 ay;
  • 9:00-18:00 qrafiki ilə təcrübə proqramında iştirak etmək imkanı.

Qeyd: İnsan Resursları üzrə təlim və seminarlarda iştirak edən namizədlərə üstünlük verilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “İnsan resursları üzrə təcrübəçi” qeyd edərək göndərə bilərlər.