Aparıcı mühasib

İşin təsviri

Tələblər:

  • Ali təhsilli (Maliyyə, İqtisadiyyat , Mühasibat) ;
  • Mühasibat uçotu sahəsində minimum 2 illik təcrübə;
  • Ədv, Ömv və Mənfəət vergi bəyənnamələrini sərbəst şəkildə təqdim etməyi bacarmalı;
  • E-taxes.gov.az portalından istifadə etmək bacarığı;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
  • Komandada işləmək bacarığı;
  • 1C 8.3, BTP, EFP proqramlarından istifadə qaydalarını bilməli;
  • Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
  • Konsaltinq təcrübəsi  olanlara üstünlük veriləcəkdir;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti.

Vəzifə Borcları:

  • Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirmək (əsas vəsaitlər, maddi qiymətlilər, istehsal üzrə məsrəflər, məhsulların realizasiyası, təsərrüfat – maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu) ;
  • Şirkətində istifadə olunan 1C Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
  • Məhsulların (iş, xidmətlərin) maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar eetmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
  •  Bank əməliyyatlarının həyata keçirir;
  • Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
  •  E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunmasında və göndərilməsini həyata keçirir;
  •  Rəhbərlik  tərəfindən verilən digər tapşırıqları icra edir;
  • Mühasibatlıq informasiyalarının məlumat bazalarının formalaşdırılması, aparılması və saxlanılması üzrə işi icra etmək;
  • Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsini icra etmək.

İş şəraiti: 

  • AR əmək məcəlləsinə əsasən sənədləşmə; 
  • İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;

Əmək haqqı: 1000-1200

İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza 

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Aparıcı mühasib” qeyd edərək göndərə bilərlər.

Samadov Law & Audit tərəfindən digər vakansiyalar