HR Nümayəndəsi (Kişi namizəd)

  • Unimetal
  • Elanın qoyulma tarixi: 05.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Aylıq davamiyyət cədvəli hazırlanması;
  • Tabeldə müvafiq qeydlər etmək, hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə hesabat tərtib etmək;
  • İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətlərini itirmələri haqqında xəstəlik vərəqələrinin, və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət etmək;
  • İşçilərin əmək haqqı hesablanması ilə bağlı yaranmış suallarının həllində köməklik göstərmək;
  • İşdən çıxış və məzuniyyət ərizələrini işçilərdən qəbul etmək və onları vaxtı vaxtında baş ofisə göndərmək;
  • Kadrlarla yaranan hər hansı problemləri dinlənmək və cavabdeh şəxslərə yönəltmək;
  • Şirkət daxilində yaranan işçi ehtiyaclarını vaxtında və effektiv qarşılanmasının təmin edilməsi;
  • Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
  • İşə qəbul zamanı namizədlərlə görüş keçirib, sənədlərini toplayıb rəhbərliyə təqdim etmək;
  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması.

Namizədə tələblər:

  • Cinsi: kişi
  • Ali təhsil
  • 1-3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • Ofis proqramları (MS Word, MS Excel,);
  •  Problem həll etmə, planlama, vaxtın idarə edilməsi bacarıqları, yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 650 Azn;
  • Ünvan: Abşeron rayonu, Məmmədli kəndi;

Namizədlərdən  CV-lərini "HR Nümayəndəsi" başlığı ilə göndərmələri xahiş olunur.