Korporativ satış üzrə mütəxəssis

  • Unimetal
  • Elanın qoyulma tarixi: 25.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Potensial müştəriləri tapmaq
  • Rəqiblərin araşdırılması, bazar analizinin aparılması
  • Müştəri debitor borcların idarə edilməsi
  • Rəhbərliyə mütəmadi olaraq hesabatların verilməsi
  • Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi
  • Müştərilərlə korporativ münasibətləri qorumaq 
  • İstehsalatı daimi ziyarət etmək və istehsalı dərk etmək
  • Aylıq\illik satış hədəflərinin müəyyənləşdirilməsi

Namizədə tələblər:

  • Ali təhsil
  • Satış sahəsində minimum 5 illik təcrübə
  • Tikinti sahəsində bilikli olmalı
  • Analitik düşünmə qabiliyyətinin olması
  • Planlama və idarəetmə bacarığı
  • Kompüter bilikləri (1C ERP, CRM və MS Office)
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti, ingilis və rus dili arzuolunandır
  • Maşın və sürücülük vəsiqəsinin (B) olması
  • Bölgələrə gedə bilmək imkanı

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: sabit + satış bonusu
  • Korporativ nömrə
  • Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A
  • Namizədlərdən  CV-lərini “korporativ satış üzrə mütəxəssis" başlığı ilə  qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.