Baş aşpaz

  • Alphakids
  • Elanın qoyulma tarixi: 05.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), məktəbəqədər təhsil müəssisələrində, qida təhlükəsizliyi tələblərinə uyğun olaraq, ərzaqların qəbulu və saxlanması qaydası, yeməklərin bişirilməsi, istehsaldan istehlaka kimi və s. bu kimi normativlərini bilməlidir;
  • Yeməkləri hazırlayarkən uşaqların əsas qida maddələrinə gündəlik tələbatın yaş hədləri üzrə fizioloji normalarına riayət edilməlidir;
  • Qida məhsullarının çeşidindən asılı olaraq adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal və son istifadə tarixi, saxlanma şərtləri, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri kimi məlumatlara diqqət yetirməlidirlər;
  • 10 günlük menyu əsasında müxtəlif yaş həddində olan uşaqlar üçün nəzərdə tutulmuş yeməklərin adı göstərilməklə, nümunəvi sifariş menyusu tərtib etməlidir;
  • Yeməklərin hazırlanması ilə əlaqədar istifadə olunan qida, ərzaq məhsullarına, mətbəx ləvazimatları və avadanlıqlara nəzarəti həyata keçirmək;
  • Gigiyenaya və təmizliyə diqqət etməli;
  • Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırmalı;
  • Mövcud reseptləri bilməli;
  • Yeməkləri hazırlayarkən istifadə olunacaq tərkibin təmizliyinə, yüksək keyfiyyətdə olmasına həmçinin son istifadə tarixinə nəzarət etməli, işi tələb olunan vaxtda yerinə yetirməlidir.

Namizədə olan tələblər:

  • Ali və ya peşə təhsili (müvafiq ixtisas üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
  • Obliqat kabineti olan poliklinikadan tibbi arayış;
  • Aşpazlıq sahəsində təlimin keçirilməsi haqqında sertfikasiya (arzu ediləndir).

Digər şərtlər:

  • Yaş həddi: 25-50 yaş
  • Əmək haqqı: Nett olaraq 400-600 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • Nahar bağça tərəfindən təmin edilir;
  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq baxçası.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Baş aşpaz” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

CV-də yazdığınız məlumatların doğruluğundan əmin olun. Yalnış məlumatın verilməsi müraciətinizin imtina olunması ilə nəticələnə bilər.

Email:  [email protected]