Tərbiyəçi müəllim

  • Alphakids
  • Elanın qoyulma tarixi: 25.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan iş Bacarığı:

  • Qrupda hər bir uşagın fərdi olaraq psixoloji xsusiyyətlərini izləmək, basqı olmadan uşaqların davranışlarına nəzarət etmək , təhsil üzrə ingilis dilində metodik aktivitələrlə iş aparmaq bacarığı olmalıdır,
  • Müxtəlif didaktik oyunlarla işləməyi bacarmalıdır,
  • Keçdiyi dərs metodikasında uşaqlara (görmə, eşitmə və toxunma) sensor bacarığını aşılamalıdır,
  • Uşaqlar arasında qarşılıqlı münasibətləri tənzimləmək, davranış qaydalarını inkişaf etdirməyi bacarmalı,
  • Tərbiyəvi və metodik işin təşkili ilə bağlı günlük, aylıq və illik iş planı qurmalıdır,
  • Uşaqların davranışlarındakı dəyişiklikləri gördükdə qeydiyyat aparmalı, səhətinin vəziyyəti barədə baxçanın rəhbərliyinə və həkimə məlumat verir, həkimin tələblərini yerinə yetirməlidir
  • Uşaqların ailədə tərbiyyəsinə dair valideynlərlə iş aparmağı bacarmalıdır,
  • “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını bilməlidir,
  • Hər yaşa görə pedaqogika və sosial uşaq psixologiyasını bilməlidir,
  • Gigiyena qaydalarının əsaslarını bilməli, uşaqların sağlamlığının qorunması üçün hər hansı bir qəza vəziyyətiylə üzləşdikdə ilk tibbi yardım göstərməyi bilməlidir
  • Məktəbəqədər təhsil üzrə, kurikulum proqramının standartlarını bilməli, Beynəlxalq “İB”(PWP) təhsil proqramında işləməyi bacarmalıdır,
  • Daim müşahidəçi və araşdırmacı, sosial yönümlü və empati bacarığı olmalıdır,
  • Təlim-tərbiyə işinin təşkilini , informasıya- komunikasiya texnologiyalarından istifadə tələblərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar- gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

Tələb olunan təhsil və biliklər:

  • Ali pedaqoji təhsil (məktəbəqədər pedaqoji fəaliyyət);
  • Minimum 3 il bağça sahəsində pedaqoji staj;
  • Müəllimlərin işə qəbulu (MİQ) müsabiqədən keçməsi mütləqdir;
  • Azərbaycan və İngilis dillərini (B2) əla səviyyədə bilməli;
  • Rus dilini isə rus dilli uşaqlarla ünsiyyət qurmaq səviyyəsində bilməlidir;
  • Microsoft Office (MS Word, MS Excell, MS Outlook, MS PowerPoint) proqramlarını əla səviyyədə bilməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-40
  • Əmək haqqı: NETT olaraq 500 –1200 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 5 günlük iş rejimi
  • Nahar bağça tərəfindən təmin edilir.
  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq bağçası.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində elektron ünvanına mövzu yerinə “Tərbiyəçi müəllim” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.