Ofis meneceri

  • Alphakids
  • Elanın qoyulma tarixi: 06.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan iş Bacarığı:

  • Ofis daxili inzibati işlərin planlaşdılması və idarə olunması;
  • Dərs otaqları, yataq otaqları, sanitar qovşaqlar, mətbəx, yeməkxana və s. məkanların sanitar gigiyenik təmizliyinin müəssisənin prosedur tələblərinə uyğun təmin olunmasına rəhbərlik etmək;
  • Tələb olunan mal-material, ərzaq, avadanlıq və s. satınalama sifarişinin verilməsi və satınalma işinin təşkili;
  • Mal-material, ərzaq, avadanlıq və s. mədaxil və məxaric olunması, uçotunun aparılması, saxlanması və s. işlərin təşkili.
  • Mal-material, ərzaq, avadanlıq və s. sərfiyyatının müvafiq normalara uyğun aparılmasına nəzərət etmək və ayda bir dəfə müəsissənin prosedurlarına uyğun olaraq Mühasibatlığa Material Hesabının hazırlanaraq tədim olunması.
  • Mətbəxdə hazırlanan və istehlak olunan yeməklərin uçotunu aparılması, sərf olunan ərzaqların normativlərə uyğun silinməsini əks etdirən hesabatın hazırlanmasının təşkili.
  • Əməkdaşların, qonaqların, valideyin və uşaqların və s. müəssisəyə daxil olması, yönəldilməsi, çıxışı və s. müəssisənin prosedur qaydalarına uyğun idarə olunmasını təşkil etmək.
  • İşlərin təşkili və idarə olunmasında mütərəqqi kompüter proqramlarından istifadə bacarığı və vərdişinin olması, Excel proqramında mühüm funksiyaları bilməklə yanaşı sürətli işləmək bacarığının olması, korporativ olmaq, işlərin elektron ortamda rəsmi aparmaq bacarığının olması, Outlookda işləmək bacarığının olması və s. ciddi tələb olunur.

Tələb olunan təhsil və biliklər:

  • Ali təhsil (İqtisadiyyat, Texniki );
  • Minimum 3 il müvafiq sahə üzrə staj;
  • Azərbaycan dilini əla səviyyədə bilməli;
  • İngilis və rus dillərini orta səviyyədə bilməli;
  • Microsoft Office (MS Word, MS Excel (MS Excel sertifikatına malik olmalı), MS Outlook, MS PowerPoint) proqramlarını əla səviyyədə bilməli;
  • İşçilərə rəhbərlik etmək bacarığına malik olmalı;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Tələbkarlıq və dəqiqliq;
  • İnternetdə araşdırma bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • İşin vaxtında və keyfiyyətli təhvil verməli, məsuliyyətli olmalı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45
  • Əmək haqqı: 800-1200 AZN
  • İş rejimi: həftədə 5 günü
  • Nahar bağça tərəfindən təmin edilir.
  • Münasibətlər tam olaraq əmək qanunvericiliyinə əsasən tənzimlənir. 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Ofis meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.