İşin təsviri
Tələb olunan iş bacarığı:
- Qrupda hər bir uşagın fərdi olaraq psixoloji xsusiyyətlərini izləmək, basqı olmadan uşaqların davranışlarına nəzarət etmək , təhsil üzrə ingilis dilində metodik aktivitələrlə iş aparmaq bacarığı olmalıdır,
- Müxtəlif didaktik oyunlarla işləməyi bacarmalıdır,
- Keçdiyi dərs metodikasında uşaqlara (görmə, eşitmə və toxunma) sensor bacarığını aşılamalıdır,
- Uşaqlar arasında qarşılıqlı münasibətləri tənzimləmək, davranış qaydalarını inkişaf etdirməyi bacarmalı,
- Tərbiyəvi və metodik işin təşkili ilə bağlı günlük, aylıq və illik iş planı qurmalıdır,
- Uşaqların davranışlarındakı dəyişiklikləri gördükdə qeydiyyat aparmalı, səhətinin vəziyyəti barədə baxçanın rəhbərliyinə və həkimə məlumat verir, həkimin tələblərini yerinə yetirməlidir
- Uşaqların ailədə tərbiyyəsinə dair valideynlərlə iş aparmağı bacarmalıdır,
- “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını bilməlidir,
- Hər yaşa görə pedaqogika və sosial uşaq psixologiyasını bilməlidir,
- Gigiyena qaydalarının əsaslarını bilməli, uşaqların sağlamlığının qorunması üçün hər hansı bir qəza vəziyyətiylə üzləşdikdə ilk tibbi yardım göstərməyi bilməlidir
- Məktəbəqədər təhsil üzrə, kurikulum proqramının standartlarını bilməli, Beynəlxalq “İB”(PWP) təhsil proqramında işləməyi bacarmalıdır,
- Daim müşahidəçi və araşdırmacı, sosial yönümlü və empati bacarığı olmalıdır,
- Təlim-tərbiyə işinin təşkilini , informasıya- komunikasiya texnologiyalarından istifadə tələblərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar- gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.
Tələb olunan təhsil və biliklər:
- Ali pedaqoji təhsil (məktəbəqədər pedaqoji fəaliyyət);
- Minimum 3 il bağça sahəsində pedaqoji staj;
- Müəllimlərin işə qəbulu (MİQ) müsabiqədən keçməsi mütləqdir;
- Azərbaycan və İngilis dillərini (B2) əla səviyyədə bilməli;
- Rus dilini isə rus dilli uşaqlarla ünsiyyət qurmaq səviyyəsində bilməlidir;
- Microsoft Office (MS Word, MS Excell, MS Outlook, MS PowerPoint) proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-40
- Əmək haqqı: NETT olaraq 350 –1000 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
- İş rejimi: 5 günlük iş rejimi
- Nahar bağça tərəfindən təmin edilir.
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq bağçası.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində elektron ünvanına mövzu yerinə “Tərbiyəçi müəllim” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.