HR Specialist (Qarabağ)

İşin təsviri

Əsas öhdəliklər:

İnzibati işlər:

  • İnsan Resursları şöbəsinin effektiv və problemsiz fəaliyyət göstərməsi üçün İnsan Resursları şöbəsinin menecerinə kömək etmək, şöbədaxili əməliyyatlara dair təlimatda müəyyən edilmiş bütün siyasət və prosedurlara riayət olunmasını təmin etmək.
  •  İnsan Resursları şöbəsi üçün daxili əməliyyatlara dair təlimatın hazırlanması və yenilənməsinə kömək etmək.
  • Bütün əməkdaşların sənədlərinin yenilənmiş qaydada olmasını təmin etmək (o cümlədən əməkdaşların illik məzuniyyəti, ezamiyyətləri, tibbi məzuniyyətləri).
  • Otel tərəfindən şirkətin / otelin İnsan Resursları şöbəsinin bütün siyasət və prosedurlarına riayət edilməsinin təmin olunmasında köməklik göstərmək. 
  • Dövlət tərəfindən tənzimlənən əmək qanunvericiliyinə ciddi şəkildə riayət olunması və icrasının təmin edilməsinə köməklik göstərmək.
  • Otel tərəfindən işçilərin rifah halının yaxşılaşdırılması üzrə təşkil olunmuş proqramları idarə etmək, təqdim edilən üstünlüklərin müvafiq və yerli bazarda rəqabətə davamlı olmasını təmin etmək.
  • İnsan Resursları şöbəsinin bütün zəruri formalarının Bölmə / Regional İnsan Resursları şöbəsinin mütəxəssislərinə operativ surətdə göndərilməsinin təmin edilməsinə yardım göstərmək.
  • Şəxsi sənədlər, o cümlədən xarici vətəndaşların sənədlərinin təhlükəsizliyi və qorunub saxlanılmasına görə cavabdehlik daşımaq. 
  • Plana müvafiq olaraq, şöbədaxili hesabat görüşlərində iştirak etmək.

Müştəri xidmətləri:

  • Otelin xarici müştərilərinə (qonaqlarına) eksklüziv xidmətlərin təqdim edilməsi üçün müvafiq səriştəyə və bacarığa malik işçiləri işə götürməklə, otelin əsas diqqətinin xidmətlərin mükəmməlliyinə yönəlməsini dəstəkləmək.
  • Ştat işçilərinin digər əməkdaşlara (daxili müştərilərə) və bölmənin digər qonaqlarına peşəkarlıqla, nəzakətlə və qayğıkeşliklə müvafiq səviyyədə xidmət göstərmələrini təmin etmək.

Maliyyə məsələləri:

  • Bölmə / şöbə rəhbərlərinə məhsuldarlığı yüksəltmək və zəruri sayılmayan əmək haqqı xərclərini minimuma endirmək kimi məsələlərdə kömək etməklə, ştat işçilərinin normativ sayının və əmək haqqının hesablanması sistemlərinin aparılmasında köməklik göstərmək.
  • Məhsuldarlıq əmsallarından (və digər əsas icra göstəricilərindən) xəbərdar olmaq və dövriyyə ilə bağlı aylıq hesabatlar, işçilərin xəstəliklə bağlı məzuniyyət hesabatlarını, ödənişli məzuniyyət hesabatlarını hazırlamaq.
  • Rəqabətə davamlı müavinətlər / maaşlar / stimullaşdırıcı paketlərin araşdırılmasına kömək etmək.
  • Şöbənin əməliyyat büdcəsinin idarə edilməsinə kömək etmək, bütün xərclərə nəzarət olunması və məsrəflərin müvafiq qaydada təsdiqlənməsini təmin etmək.
  • Otelin, şirkətin, habelə yerli qaydada müəyyən edilmiş maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı qaydalar, siyasətlər və prosedurlara riayət olunduğunu, o cümlədən maliyyə məlumatları barədə vaxtında və səliqə ilə hesabat verilməsini təmin etmək.

Marketinq:

  • Daxili qayda və təlimatların əməkdaşlara təqdim edilməsi və icra olunmasını təmin etmək.
  • İnsan Resursları şöbəsinin təqvimini tərtib etmək və ona nəzarət etmək.

Əməliyyat:

  • İşçilər üçün nəzərdə tutulmuş avadanlıqların otel standartlarına müvafiq olaraq qorunub saxlanılmasını təmin etməyə yardım göstərmək.
  • Müvafiq şöbə rəhbərləri ilə birgə fəaliyyət göstərərək işəgötürmə fəaliyyətlərini koordinasiya etmək və müsahibələr aparmaq.
  • Zəruri hallarda, bütün viza və immiqrasiya fəaliyyətlərini koordinasiya etmək və xarici millətdən olan əməkdaşlar üçün pasportlar və immiqrasiya sənədlərinə nəzarət etmək.
  • Bütün daxili transferləri idarə etmək.
  • İşçilərin icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr və əvəzetmə prosesinin planlaşdırılmasının idarə edilməsini koordinasiya etmək.
  • İşçilər üçün nəzərdə tutulmuş əmək haqları və məvaciblərin idarə edilməsinə görə cavabdehlik daşımaq..
  • Xarici millətdən olan işçilər üçün yaşayış yerlərinin təşkili ilə bağlı köməklik etmək.
  • İllik əmək haqqı və müavinətlərə dair tədqiqat, biznes planları, işçi qüvvəsinin istiqamətləndirilməsi kimi sənədlərin tərtib edilməsinə kömək etmək.
  • İşçilərə karyera perspektivləri, şəxsi problemlər, işlə bağlı problemlər, şikayətlər, nizam-intizam və s. kimi məsələlərdə məsləhətlər vermək.
  • Əməyin mühafizəsi idarələri və əmək qanunvericiliyi üzrə mütəxəssislərlə əlaqə saxlamaq, yerli əmək qanunvericiliyi haqqında ətraflı biliklərə malik olmaq.
  • Bütün məzuniyyətlərin idarə edilməsinə görə cavabdehlik daşımaq.
  • İşlə bağlı istiqamətləndirmə təlimində təlim üzrə menecerə köməklik göstərmək.

Əməkdaşlar:

  • Bütün işçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərtlərə və müddəalara, yerli qanunvericiliyə, eləcə də şirkətin / otelin siyasət və prosedurlarına müvafiq olaraq, ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək..
  • Otel işçilərinin işə götürülməsi və seçim prosesinə nəzarət etmək, bölmə və şöbə rəhbərlərini effektiv və səmərəli işəgötürmə həlləri ilə təmin etmək.
  • Effektiv əvəzetmə planını icra etməklə, oteldə icraçı və idarəetmə işçilərinin inkişafını dəstəkləmək.
  • İşçilərin şəxsi rifahı, texniki təhlükəsizliyi və inkişafına xüsusi diqqət yetirməklə, otel çərçivəsində bütün səviyyələrdən olan işçilərlə sıx və peşəkar iş münasibətlərini qoruyub saxlamaq. 
  • Əməkdaşları yaradıcı və novator olmağa təşviq etmək və şöbənin və mehmanxananın müvəffəqiyyət qazanması üçün onlara stimullaşdırmaq və rəğbətləndirmək
  • Təlim üzrə Menecerlə və Şöbə-daxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları planlaşdırmaq və həyata keçirmək
  • Əməkdaşların Rəy Sorğusunun nəticələrini əməkdaşlarla bölüşmək və müvafiq dəyişikliklərin həyata keçirilməsini və əməkdaşlarla kollektiv qərar qəbul etməklə effektiv fəaliyyət planlarının tərtib edilməsini təmin emək 

Maraqlanan namizədlərdən CV-lərini “HR Specialist” başlığı qeyd edərək mail adresinə göndərməkləri xahiş olunur.

İşəgötürənin reytinqi

Absheron Hotel Group tərəfindən digər vakansiyalar