İşin təsviri
Təsvir:
- Şirkətin həftəlik, aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını təmin edir;
- Şirkətin illik büdcə planının hazırlanmasında bilavasitə iştirak və prosesin koordinasiyanın təmin edir;
- Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabatlar hazırlanmasını təmin edir;
- Maliyyə hesabatlarının illik kənar auditini koordinasiya edir və və yoxlama üçün hesabatların, açıqlamaların tərtib edir;
- Maya dəyərini aylıq əsaslarda analitik təhlilini həyata keçirir və nəticələr barədə rəhbərliyə hesabat verir;
- Şirkətin uçot siyasətinin hazırlanması və tətbiqində iştirak edir;
- Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verir;
- Şirkətin proqram təminatı üzrə çatışmazlıqların ortadan qaldırılması yönündə təkliflər verir;
- Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatlığın təmin olunmasını təşkil edir.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən az 4 illik iş təcrübəsi;
- Sertifikatlar arzuolunandır;
- MHBS üzrə biliklər;
- Yerli uçot qanunvericiliyi üzrə biliklər;
- Vergi qanunvericiliyi üzrə biliklər;
- Şirkətin fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
- Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır;
- MS Office (Word, Excel,Outlook), ERP sistemləri üzrə biliklər.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).