MKT İstehsalat Kommersiya MMC


“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

İstehsal olunan pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir, bununla da o, məsələn, Amerika pambığından öz sarımtıl çalarları ilə fərqlənir.

1998-ci ildən Azərbaycanda Liverpul Pambıq Assosiasiyası tərəfindən təsdiq olunmuş yeni pambıq mahlıcı etalonları tətbiq olunub. “MKT İstehsalat Kommersiya” MMC 2003-cü ildən bu təşkilatın assosiativ üzvüdür.


Hal-hazırda şirkət Azərbaycanda tekstil sənayesinin inkişafı ilə də məşğuldur. Bakı şəhərində Almaniyanın RİETER şirkətinin müasir texnologiyası ilə təchiz olunmuş, ildə 7 min ton Open-End iplik istehsal etmək gücünə malik olan yeni pambıq-əyirici fabriki tikilmiş və istismara verilmişdir.

Şirkət, həmçinin, Gəncə şəhərində yerləşən ildə 3 min ton iplik istehsal edən “Gəncə Tekstil” filialında iplik istehsalı sahəsində çoxillik təcrübəyə malikdir. İstehsal olunan pambıq ipliyi “open end” texnologiyası ilə hazırlanır, Azərbaycan və Rusiya bazarlaında böyük tələbata malikdir.

2006 cı ildə Şirvan şəhərində “MKT İstehsalat Kommersiya” MMC Türkiyə istehsalı olan yeni avadanlıqla təchiz edilmişdir, yeni yağ-piy kombinatı tikilmişdir. Bu zavod texniki- çiyidindən pambıq yağı və jmıx istehsal edir, müəssisədə linter xətti və təmizlənmiş yağ istehsal edən xətt fəaliyyət göst

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?