Kreditorlar üzrə Şöbə Müdiri

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 01.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək/

İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)

Təhsil: Ali  iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili

Vəzifə öhdəlikləri:

  • Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
  • Xərclər, ticari və qeyri-ticari mal alışları, malların mədaxili ilə bağlı əməliyyatlarına və müvafiq işləri icra edən komandalara rəhbərlik
  • Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
  • Şirkətin ticari öhdəliklərinin zamanında və tam şəkildə tanınmasına, həmçinin ödənilməsinə nəzarət;
  • Ticari və qeyri-ticari borcların üzləşmələrinin şirkətin prosedurlarına uyğun şəkildə aparılmasının təmin edilməsi;
  • Kreditor borclar və onlara görə öhdəliklərin icra edilməsi ilə bağlı vergi əməliyyatlarının düzgün şəkildə həyata keçirilməsinə nəzarət;
  • Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
  • SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
  • Komanda üzvləri ilə bilik və təcrübənin paylaşılması və onların peşəkar inkişafına dəstək olmaq;
  • Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
  • Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.

Tələblər:

  • MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
  • Orta səviyyədə rus dili biliyi (inglis dili biliyi üstünlükdür)
  • Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
  • Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
  • Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
  • SAP proqramında işləmək bacarığı üstünlükdür.
  • ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
  • Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Kreditorlar üzrə Şöbə müdiri” yazaraq göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi