İT dəstək üzrə mütəxəssis (Helpdesk)

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 27.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şəbəkələrin işinin təşkili;
  • Mağaza, ofis və serverdə internet kanallarının sabit işinin təşkili;
  • SQL bazasında məlumat bazasının təhlükəsiz ve sabit işinin təşkili;
  • Elektron ünvan serverinin sabit işinin təşkili;
  • Məlumat bazasının təhlükəsiz saxlanılması;
  • Məlumat bazasının arxivləşdirilməsi işinin təşkili;
  • Server avadanlığının idarəetməsi, lazimi halda yenilənməsi;
  • Server Proqram təminatının idarəetməsi;
  • Əsas sistemdə problem yarandıqda məlumat bazasının ehtiyat iş prosesinin təmin edilməsi;
  • Şirkətin sabit IT sisteminin işinin və korporativ təhlükəsizlik standartlarının hazırlanması;
  • Istifadəçi şifrələrinin standartlaşdırılması;
  • Ofis və mağazalarda proqram təminatının işinin təşkili;
  • Kompüter və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasının təminatı.

Tələblər:

  • Ali təhsil (Texniki təhsil arzu olunandır);
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzu olunandır;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Windows client və server əməliyyat sistemləri üzrə biliklər;
  • Server platformaları, Active Direcoty, MS Exchange, Vmware , GPO üzrə dərin baza biliklərinin olması;
  • TCP/IP, LAN/WAN , DHCP, DNS, RDP üzrə biliklər;
  • AP, Switch, Network Printers, Scanners və s. avadanlıqların sazlanması;
  • Backup sistemləri üzrə biliklər;
  • İP PBX ilə iş təcrübəsi arzu olunandır;
  • Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı;
  • Müdiriyyətin göstərişlərini vaxtında yerinə yetirməli və hesabat verməlidir.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi