Satış təmsilçisi

  • Elanın qoyulma tarixi: 26.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatlar vermək, suallarının əsaslandırılmış formada cavablandırmaq, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Potensial müştəriləri müəyyənləşdirmək
  • Peşəkar yuyucu vasitələrin, təmizlik və gigiyenik məhsulların aktiv satışını həyata keçirmək;
  • Mövcud müştəri bazasını inkişaf etdirilmək və möhkəmləndirmək;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, təyin edilmiş hədəflərə çatmaq;
  • Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri irəli sürmək
  • Mağazanı və rəfləri təmizləmək və təmizliyi qoruyub saxlamaq
  • Əmək haqqı 500azn + bonus
  • İş saatı qrafiklədir – 10:00-19:00 – 13:00-21:00

Tələblər:

  • Ali və ya Orta təhsil;
  • Yaş həddi 22-32 arası;
  • Azərbaycan və rus dilini səlis bilməli
  • Komandada və stres altında işləmək bacarığı;
  • Microsoft Office (xüsusən Word  və Excel) proqramlarında işləmək bacarığı arzuolunandır;
  • Ünsiyyətcil və inandırma bacarığı;
  • Öz üzərində işləyən, inkişafa meyilli;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Satış analizini aparmaq bacarığı;
  • Vaxtın səmərəli idarə olunması bacarığı;
  • Satış sahəsində 1 ildən artıq təcrübə;

Tələblərə uyğun namizədlər mövzu yerində “Satış təmsilçisi” yazmaqla Şəkilli CV-lərini mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.