Tərbiyəçi Ana

İşin təsviri

Profiliniz:

  • 35-50 yaş arası yaş həddi;
  • Orta təhsil (orta ixtisas təhsili üstünlükdür);
  • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi. Dayə, müəllimə, tərbiyəçi və tibb bacısı kimi vəzifələr üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir:
  • SOS Uşaq Kəndində uzun müddət (10-12 il) yaşamağa hazır olmaq (ən azından himayəsində olan uşaqlar müstəqil həyat proqramına keçənə qədər);
  • Professional təlim prosesi və davamlı inkişaf yolu ilə lazımi bilik və bacarıqlar əldə etməyə hazır olmaq;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Stressin və konfliktin idarə edilməsi qabiliyyəti;
  • Sosial və təşkilati bacarıqlar;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Peşəyönümlü əlavə bacarıqlar (müvaqfiq təlim və seminarlarda iştirak);

Vəzifə və öhdəliklər:

  • Uşaq və yeniyetmənin potensial və ehtiyaclarını müəyyən edərək, tam inkişafını təmin etmək;
  • Uşaq və yeniyetmənin fiziki və mənəvi rifahını təmin etmək;
  • Uşaq və yeniyetmənin Fərdi İnkişaf Planlarının hazırlanması;
  • Uşaq və yeniyetmənin təhsilinə dəstək;
  • Uşaq və yeniyetmənin asudə vaxtının təşkili;
  • Praktik həyati səriştələrin inkişaf etdirilməsi;
  • Ailə büdcəsi və resurslarından səmərəli və məsuliyyətli istifadə etmək;
  • Himayəsində olan uşaq və yeniyetmələrin bioloji ailələri ilə əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək.

Uşaq müdafiəsi üzrə:

  • Uşaq Müdafiə Siyasətinə riayət etmək
  • Uşaq Kəndi Proqramı layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

İş şərtləri:

  • Ərazi - Bakı şəhəri, Sadıqcan küçəsi 27a, (Həzi Aslanov m yaxınlığı);
  • Ərazi - Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 189, (3 nömrəli xəstəxananın yaxınlığı);
  • 550.00 AZN (vergilər daxil) əmək haqqı;
  • 42 gün əmək məzuniyyəti;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təklifimiz:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 25 Aprel 2023-cü il tarixədək “Bakı və ya Gəncə SOS Uşaq Kəndi/Tərbiyəçi Ana” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik. 

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! 

Email:  [email protected]