Ailə köməkçisi

İşin təsviri

Ailə Köməkçisi Tərbiyəçi – Ana ilə birlikdə onların himayəsinə verilmiş uşaqların qayğısına qalır, təsərrüfat işlərinin yerinə yetirilməsində Tərbiyəçi – Anaya köməklik edir.

Ailə Köməkçisi SOS Ailə evində işləyərək məzuniyyətdə və ya istirahətdə olan tərbiyəçi-ananı əvəz edir, əvvəlcədən tərtib edilmiş qrafik əsasında ailə evində tərbiyəçi – anaya dəstək göstərir və Uşaq Kəndi Proqram Koordinatorunun göstərişi ilə köməyə ehtiyacı olan ailələrə öz köməyini göstərir. Ailə Köməkçisi tərbiyəçi – ana ilə birlikdə komanda şəklində çalışaraq onların himayəsinə həvalə edilmiş uşaqlara ən yaxşı qayğı və tərbiyəni təmin edir. Ailə Köməkçisi ailənin bir üzvü kimi uşaqlara qarşı qayğıkeş və anlayışlı davranır.   

Bu vəzifəyə qəbul olunacaq namizəd uşaq və insan hüquqlarının qorunduğu bir təşkilatın üzvü olacağı üçün ondan məhkumluğun olub-olmamasına dair arayış və ötən iş yerlərindən xarakteristikalar (rəylər) tələb olunacadır. Uğurlu namizədin vəzifə üzrə bilik və bacarıqları ilə yanaşı müdafiəyə olan yanaşması da araşdırılacaq və qiymətləndiriləcəkdir.

Profiliniz:

  • Yaş həddi: 30-50 arası
  • Orta ixtisas təhsilli (pedaqogika sahəsində orta ixtisas təhsilli namizədlərə üstünlük verilir)
  • Dayə, tərbiyəçi köməkçisi, tibb bacısı, müəllim vəzifələrində iş təcrübəsi və ya uşaq tərbiyə etmək bacarıqları (ən azı 2 il)
  • Əlavə peşəyönümü təhsil (təlim, seminarlar)
  • Məsləhət vermək və ünsiyyət qurmaq bacarığı
  • Sosial və təşkilati bacarıqlar
  • Komandada işləmək istəyi və bacarığı
  • Konflikt və stressin idarə olunması bacarığı
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq
  • İlkin tibbi yardım göstərmək bacarığı
  • Ev işləri və yemək hazırlamaq bacarıqları
  • Tərbiyəçi ananı əvəz etmək üçün SOS Uşaq Kəndi daxilində yaşamaq imkanları
  • Azərbaycan dili biliyi 

Vəzifə və öhdəlikləri:

  • Tərbiyəçi Anaya ev işlərində (təmizlik, bazarlıq, yemək hazırlamaq və s.) köməklik etmək
  • Ailə evində sanitar gigiyenik-qaydalara riayət etmək
  • Uşaqların tərbiyə olunmasında Tərbiyəçi Anaya dəstək 
  • Uşaqların təhsilinə dəstək 
  • Uşaqların asudə vaxtlarının təşkilində Tərbiyəçi Anaya dəstək 
  • Uşaqların bioloji ailələrlə əlaqələrin dəstəklənməsi
  • Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl etmək

İş şərtləri:

  • Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı);
  • 400.00 AZN (vergilər daxil) əmək haqqı;
  • Beş günlük iş həftəsi;
  • 2 gün (şənbə-bazar) istirahət (tərbiyəçi ananı əvəz edən günlərdə şənbə və bazar günlərinə də təsadüf edə bilər);
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Uşaq Müdafiəsi:

  • Uşaq Müdafiə Siyasətinə riayət etmək
  • Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə

  • Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək
  • Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək 

Təklifimiz:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 6 Mart 2024-cü il tarixədək “Bakı SOS Uşaq Kəndi/ailə köməkçisi” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik. 

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! 

Qeyd: SOS Azərbaycanın iş elanları yalnız www.azerweb.az  və www.jobsearch.az saytlarında yerləşdirilir.