Sosial pedaqoq (Qadın namizəd, Gəncə)

İşin təsviri

Profiliniz:

  • 35-45 yaş arası xanım namizəd;
  • Ali təhsil (Pedaqogika və ya psixologiya sahəsində ali təhsil üstünlükdür);
  • Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi (beynəlxalq təşkilatlarda iş təcrübəsi üstünlükdür)
  • Mentorluq bacarığı;
  • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
  • Sosial və təşkilati bacarıqlar;
  • Stressə davamlılıq;
  • Komandada işləmək istəyi və bacarığı;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;
  • Əlavə peşəyönümlü təhsil (təlim, seminarlar);
  • İlkin tibbi yardım bacarığı;
  • Kompüter biliyi (MS Office);

Vəzifə və öhdəliklər:

  • Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;
  • Gənclərə təhsil seçimi, şəxsi inkişaf və peşə istiqamətləndirilməsi sahəsində dəstək göstərmək;
  • Gənclərə sosial və müstəqil yaşam bacarıqlarının inkişaf etdirilməsində dəstək göstərmək;
  • Gənclər üçün iş yerlərinin tapılmasında/işlə təmin olmasında dəstək göstərmək;
  • Təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq etmək; 
  • SOS Uşaq Kəndi, bioloji ailələr və icma ilə əməkdaşlıq etmək;
  • Gənclərin asudə vaxtlarını təşkil etmək;
  • Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)

Uşaq Müdafiəsi üzrə:

  • Uşaq Müdafiə Siyasətinə riayət etmək;
  • UKP layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək.

İş şərtləri:

  • Ünvan/Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 189 (3 nömrəli xəstəxananın yaxınlığı)
  • 360.00 AZN (vergilər daxil) əmək haqqı;
  • Növbəli iş rejimi;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təklifimiz:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır 15 Fevral 2023-cü il tarixədək “Gəncə SOS Uşaq Kəndi/sosial pedaqoq” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!

Email: [email protected]