“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Ailə tipli qayğı layihəsinə Ailə köməkçisi vəzifəsinə iş elanı verir:
Ailə Köməkçisi Tərbiyəçi – Ana ilə birlikdə onların himayəsinə verilmiş uşaqların qayğısına qalır, təsərrüfat işlərinin yerinə yetirilməsində Tərbiyəçi – Anaya köməklik edir.
Ailə Köməkçisi SOS Ailə evində işləyərək məzuniyyətdə və ya istirahətdə olan tərbiyəçi-ananı əvəz edir, əvvəlcədən tərtib edilmiş qrafik əsasında ailə evində tərbiyəçi – anaya dəstək göstərir və Uşaq Kəndi Proqram Koordinatorunun göstərişi ilə köməyə ehtiyacı olan ailələrə öz köməyini göstərir. Ailə Köməkçisi tərbiyəçi – ana ilə birlikdə komanda şəklində çalışaraq onların himayəsinə həvalə edilmiş uşaqlara ən yaxşı qayğı və tərbiyəni təmin edir. Ailə Köməkçisi ailənin bir üzvü kimi uşaqlara qarşı qayğıkeş və anlayışlı davranır.
Bu vəzifəyə qəbul olunacaq namizəd uşaq və insan hüquqlarının qorunduğu bir təşkilatın üzvü olacağı üçün ondan məhkumluğun olub-olmamasına dair arayış və ötən iş yerlərindən xarakteristikalar (rəylər) tələb olunacadır. Uğurlu namizədin vəzifə üzrə bilik və bacarıqları ilə yanaşı müdafiəyə olan yanaşması da araşdırılacaq və qiymətləndiriləcəkdir.
Profiliniz:
Vəzifə və öhdəliklər:
İş şəraiti:
Uşaq Müdafiəsi:
Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə
Təklifimiz:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 20 dekabr 2024-cü il tarixədək Bakı SOS Uşaq Kəndi/ailə köməkçisi adlı başlıqla qeyd edilmiş elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!