HVAC mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsalat prosesində İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektron və avtomatlaşdırılmış hissələrində müayinə və yoxlamaların həyata keçirilməsi, texniki xidmət, təmir-bərpa, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi , quraşdırma , sazlama ,  sınaq və istismara buraxılması işlərin icrası;
  • Avadanlıqların (yük hesabatlarının) soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;
  • Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
  • Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
  • Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
  • Təmir işlərinin sənədləşdirilməsini təmin etmək.  Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması
  • Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
  • Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
  • Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;
  • Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
  • Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi;
  • Təmir mühəndisi kimi sübut edilmiş iş təcrübəsi;
  • Fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
  • Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər;
  • Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
  • Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
  • Sistem layihə və sxemlərini oxuma bacarığı;
  • Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
  • Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
  • Yaxşı ünsiyyət və təlim bacarıqları;
  • AutoCad və MS Office proqramlarından istifadə bacarığı;
  • Hesabat hazırlama və analiz etmə bacarığı;
  • Elektrik motorları və panelləri ilə işləmə bacarığı;
  • Soyutma  ( Çiller, compressor, kondisioner və s ) sistemləri ilə işləmə bacarığı.
  • Əməyin mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, daxili intizam qaydalarını bilməli və əməl etməli.

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 May 2023-cü il tarixinədək emailin mövzu hissəsində "HVAC mütəxəssisi" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email:  [email protected]

 

Veysəloğlu Yaycılı Qardaşlar tərəfindən digər vakansiyalar