İnsan resursları üzrə kiçik mütəxəssis (Biləsuvar)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 07.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
  • MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Miqrasiya məcəlləsini bilməli;
  • Əlaqədar sahə üzrə iş təcrübəsi olması üstünlükdür.

İş Tanımı:

  • Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
  • Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
  • Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Əmək kitabçalarına qeydiyyatların aparılması;
  • Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
  • İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
  • Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparılması, onların işə davamiyyətinə nəzarətin həyata keçirilməsi;
  • Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
  • İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarətin edilməsi.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00-18:00

İş yeri:

  • Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi