İşin təsviri
Vəzifə öhdəlikləri:
- Ehtiyac duyulan mal və materialın alışı zamanı keyfiyyət və qiymət uyğunluğunun təmin edilməsi
- Mütəmadi olaraq təchizatçı siyahısının yenilənməsi və yeni təchizatçıların axtarılması
- Müəssisənin maraqlarının bütün hallarda üstün tutulması və alış zamanı şəffaflığın təmin edilməsi
- Təchizatla bağlı olan qrupda makinalar üçün alınmalı ehtiyyat hissələrini təchizat rəhbəri ilə dəqiqləşdirərək alışını həyata keçirmək
- Malları alarkən çeklərini mühasibarlığa təhvil vermək
- Lazım olan ehtiyat hissələrini müəyyən yerlərdən axtarıb tapmaq
- Ərzaq və təmizlik vəsaitlərinin sifarişini almaq və alışını həyata keçirmək
- İstifadə olunan yanacaq çeklərini mühasibatlığa təhvil vermək
- Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək
Əsas tələblər:
- Yaş: 21-25
- Təhsil: Satış, təchizat və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili
- Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
- Microsoft Office proqramlarında işləmə bacarığı.
- ERP və digər mühasibat proqramlarında işləmək bacarığı
- Analitik düşüncə və detallara diqqət.
- Məsuliyyətlilik və operativlik.
- Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.
- Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: 650 AZN.
- İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir. Seçim zamanı əsasən bu ərazidə yaşayanlara üstünlük verilir.
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerinə “Satınalma mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.