İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müəssisənin vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək
- Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir
- Gündəlik debitor-kreditor hesabatını rəhbərliyə təqdim etmək
- Kassa Bank hesabatını təqdim etmək
- Əmək haqqı, DSMF, vergi, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim olunması;
- Aylıq periodik ödənişlərin nəzarətdə saxlanılması
- Xammallar və ya digər alınan malların ödənişləri üçün qarşı tərəflə əlaqə yaratmaq
- Zavodla bağlı xammal tədarükçüləri ilə aylıq üzləşmələrin həyata keçirilməsi
- Mənfəət, zərər və balans hesabatlarının rəhbərliyə təqdim olunması
- Ofis və zavod əmək haqqı cədvəlinin təsdiqlənməsi və ödənilməsinə nəzarət olunması
- Mühasibatlıq komandasının iş bölgüsünü həyata keçirmək və görülən işlərə nəzarət etmək
- Ehtiyac olduqda xarici xammal satınalmasında iştirak etmək
- Xarici ödənişləri birbaşa həyata keçirmək
- Mühasibatlıqla bağlı işlərin ERP proqram təminatında dəqiq işlənməsinə nəzarət etmək
- Daha əhəmiyyətli qurumlar olduqda sənədləşməni şəxsən nəzarətə götürmək
- Dövlət qurumları ilə görüşlərdə şirkəti mühasibatlıq nöqteyi nəzərdən təmsil etmək
- Direktor olmadıqda səlahiyyətli nümayəndə kimi görüşlərdə iştirak etmək
- Mühasibatlıqla bağlı kənar xidmət göstərən şirkətlə əlaqədə olmaq və görülən işlərə nəzarət etmək
- Rəhbər tərəfindən mühasibatlığa aid tapşırılan digər işləri görmək
Əsas tələblər:
- Yaş: 25-35
- İş təcrübəsi 3-5 il.
- Təhsil: Ali təhsil/mühasibat və maliyyə sahəsi üzrə
- Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Logix proqramında və digər ERP-də işləmək bacarığı
- Təşkilati, analitik və idarəetmə bacarıqları
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: Razılaşma əsasında.
- İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir.
- Nahar Şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.