Senior System Administrator

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 07.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar :

  • Şəbəkə bilikləri – OSI layer, IP Subnetting; 
  • System bilikləri – Active Directory, HCI, VMware, vCenter, Mail Exchange, Development Servers, Backup, Update, Storage, End Point Security, DR Site, Functional Servers, Proxy, Logging-Audit, Ticketing System, Linux Servers;
  • Əsas və Ehtiyat mərkəzlərin (Test mühitin) qurulması və idarə olunması;
  • System Administrator sahəsində Microsoft sertifikatların olması mütləqdir (Linux Sertifikatları arzu olunandır);

∙      Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili -yaxşı, rus dili -arzuolunandır;

 

Namizədə dair gözləntilər:

 

∙       Konfidensiallığın qorunması;

∙    Κomandada işləmək bacarığı;

∙      Məsuliyyətli;

∙       Şəxsi inkişafa meyilli.

 

Xüsusi tələblər:

  • Ali texniki təhsil (Riyaziyyat, Kompüter Elmləri, Komputer mühəndisliyi üzrə bakalavr dərəcəsi);
  • Müvafiq sahədə minimum 3  il iş təcrübəsi (Bank və sığorta sahəsi üzrə arzuolunandır);

Vəzifə öhdəlikləri:

  • IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
  • Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
  • Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
  • Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək,  monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
  • Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
  • Sistemlərə  girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və auditini aparmaq; 
  • Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
  • Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
  • Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
  • Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
  • Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
  • Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
  • İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
  • İş yeri: Bakı şəhəri 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Senior System Administrator) qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.  

Email: [email protected]

İşəgötürənin reytinqi