Baş Aşpaz

  • Baku Agro Park
  • Elanın qoyulma tarixi: 03.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Mətbəxin ümumi işində baş aşçı kimi operativ fəaliyyət göstərmək;
  • Mətbəxdə İşçi heyəti ilə peşəkar ünsiyyət qurmaq, iş qrafikini tərtib etmək və düzgün idarə etmək; ( Həmçinin gündəlik iş öncəsi söhbət aparmaq, işçi heyətinə bir gün öncəki yeməyin keyfiyyətini analiz edərək işçi heyətinə izah etmək)
  • Mətbəxdə çalışan işçilərin iş bölgüsünü məsuliyyət və səlahiyyət öhdəlikləri üzrə müəyyən etmək;
  • Məhsul və ərzaq siyahısını işçi sayına və menyuya görə tərtib etmək;
  • İzafi itkiyə yol verməmək;
  • İstifadə olunan ərzaqları düzgün şəraitdə saxlanmasını təmin etmək;
  • Menyu tərtibatında keyfiyyətli ərzaq məhsullarının sifarişini tərtib etmək;
  • Yenilikləri daim izləmək və iş prosesində yenilik tətbiq etmək üçün təşəbbüskar olmaq;
  • Yeməklərin keyfiyyətli və düzgün bişirmə texnikasını təmin etmək;
  • Yeməkxanada istifadə olunan qabların, sobaların, soyuducu , kəsici alətlərin və digər avadanlıqların düzgün istifadəsinə və təhlükəsizliyinə nəzarət etmək;
  • Sanitariya kitabını hazırlamaq; Yuyucu vasitələri sifariş etmək;
  • Qida-gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək;
  • Özünün və işçi heyətinin iş geyimlərini vaxtında sifariş vermək, səliqəli görkəmə daim riayət etmək
  • İş rejimi: 6 gün (həftəiçi)

Tələblər:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Problemləri həll etmək
  • Vaxtın idarə edilməsi
  • Detallara diqqət etmək

Sosial imtiyazlar:

  • Nəqliyyat xidməti
  • Səhər yeməyi
  • Nahar təminatı
  • Telefon xərcləri

 

Müraciət üçün: https://glorri.com/bakuagropark/642a669d7ee9a5040a589cce-Ba%C5%9F%20A%C5%9Fbaz?