İnsan Resursları üzrə baş mütəxəssis

  • Baku Agro Park
  • Elanın qoyulma tarixi: 03.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin işə qəbulu, işdən azad olunmaları, vəzifə dəyişikliyi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirmək;
  • İşçilərin şəxsi işlərini tərtib etmək;
  • Şirkət daxili prosedur və qaydaların hazırlanmasında iştirak etmək;
  • Qanunvericiliyə uyğun olaraq Əmək haqqı hesablanmasını həyata keçirtmək (növbəli iş qrafikində);
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;
  • Fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;
  • Kadrlar üzrə perspektiv planları işləyib hazırlamaq;
  • Kadr axının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
  • Şəxsi işlərin arxivini aparmaq;
  • Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
  • Vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə vaxtında təqdim edilməsini təmin etmək;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;

Tələblər:

  • İnsan resursları sahəsində 5 il iş təcrübəsi;
  • Yüksək səviyyədə idarəçilik bacarıqları;
  • Yüksək səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri də üstünlük təşkil edir);
  • Ofis proqramlarından əla səviyyədə istifadə etmək bacarıqları;
  • Tələbkarlıq, inandıra bilmək, təqdimat, problemləri həll edə bilmək, məsələlərə kompleks yanaşma bacarıqları.  
  • Ali təhsil.

İş rejimi: 5 gün

İş yeri Zirə qəsəbəsində yerləşən Baku Agropark İstixana kompleksində yerləşir