Təchizat üzrə Baş Mütəxəssis

  • Baku Agro Park
  • Elanın qoyulma tarixi: 17.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şərtləri:

  • Əmək haqqı: 2000 AZN;
  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək; 
  • Şirkət Zirə qəsəbəsində yerləşir;
  • Tibbi sığorta;
  • Nahar Şirkət tərəfindən təmin edilir.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin prosedurlarına uyğun olaraq satınalma sorğularına nəzarət etmək;
  • “1C” proqramında tələb olunan mal və ya xidmətlərə sifarişlərin artırılmasına nəzarət etmək;
  • Bazar təhlilini etmək və tələb olunan mal-material üçün yerli və xarici bazarları araşdırmaq;
  • Şirkəti lazımi gübrələr, pestisidlər, materiallar, xammal və avadanlıqlarla təmin etmək;
  • Müvafiq malların keyfiyyət üzrə sertifikatlarının təqdim edilməsini tələb etmək;
  • Müraciətçi ilə birlikdə potensial keyfiyyət problemlərini nəzərdən keçirib aşkar olunan qüsurları aradan qaldırmaq üçün lazımi tədbirlər görmək;
  • Təchizatçılarla işgüzar yazışmalar və danışıqlar aparmaq;
  • Şirkətin prosedurlarına uyğun olaraq qiymət araşdırması aparmaq;
  • Malların və xidmətlərin alınması xərclərini azaltmaq üçün proqramlar təklif etmək;
  • Tələb olunduqda rəhbərliyə podratçı/təchizatçı performans hesabatları hazırlamaq;
  • Hazırlanan müqavilələrdə kommersiya şərtlərinin müəyyən edilməsinə nəzarət etmək;
  • İdxal olunan malların gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədləri hazırlamaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Əsas tələblər:

  • Ali təhsil (iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə);
  • CIPS və ya satınalma üzrə sertifikatların olması arzuolunandır;
  • Sahə üzrə minimum 5 il təcrübə;
  • Kənd təsərrüfatı təchizatı üzrə biliklər arzuolunandır;
  • Satınalma əməliyyatları (müqavilələrin idarə edilməsi, tender, logistika (beynəlxalq, gömrük rəsmiləşdirilməsi)) üzrə nəzəri və praktiki biliklə;
  • Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti, ingilis və/və ya rus dillərində sərbəst danışıq qabiliyyəti üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı, 1C proqamı biliyi üstünlük.

Müraciət üçün CV-nizi mövzu hissəsində “Təchizat üzrə baş mütəxəssis” qeyd edərək email ünvanına göndərməyiniz xahiş olunur.