Baku Agro Park


"Bakı Agropark"​ Aqro-sənaye kompleksi 2017-ci ilin avqustunda fəaliyyətə başlamış və qısa müddət ərzində aparıcı pomidor istehsalçıları arasında layiqli yer tutmuşdur. Kompleks Bakı şəhəri, Zirə kəndində yerləşir və 10 hektar ərazini əhatə edir. 2019-cu ilədək inkişaf planına əsasən 50 hektar ərazinin artırılacağı gözlənilir.

Bizim dördüncü nəsil istixana ən son texnologiyaların tətbiqi ilə işləyir və ayda 300 tondan çox həcmdə məhsul istehsal etməyə imkan verir. Kompleksdə maksimum məhsul yıgımını təmin etmək üçün mikroiqlimin optimallaşdıran xüsusi sistemdən istifadə olunur.

Məhsul yığımı yetişdirilən məhsulun optimal miqdarını təmin etmək üçün hazırlanmış xüsusi rejimlə həyata keçirilir. Kompleksdə əkin üçün "Grodan"​ firmasının mineral substratından,bütün lazımi sertifikatlardan keçən "Yara"​ firmasinın mineral gübrələridən, damcı sulama sistemi "Netafim"​, tozlandırma və bitkilərin mühafizəsi üçün «BioBest» entomofagları istifadə olunur.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?