Satış meneceri

İşin təsviri

Namizədə tələblər:

  • Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil üstünlükdür
  • Yaş həddi: 30 – 45
  • Təcrübə: 5 il (kosmetik məhsular sahəsində  təcrübə üstünlükdür)
  • Ticarət – idarəetmə – marketinq menecment sahəsində təcrübəsi olmalı
  • Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı
  • Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli
  • Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı
  • Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını
  • PR-texnologiyalarının əsasları və prinsiplərinı

Vəzifə öhdəliklər:

  • Məhsulun xüsusiyyətlərini tədqiq etməli, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etməli
  • Reklam kampaniyaları, sərgilər, təqdimatlar və digər PR tədbirlərini həyata keçirmək üçün marketinq və reklam qurğularının effektivlik gücünü nəzərə alaraq məhsulu bazarda təşviq etmək üçün bir strategiya hazırlamalı
  • Potensial alıcılara və istehlakçılara məhsul təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etməli
  • Məhsul üçün qiymət siyasətini inkişaf etdirməli, malların satış şərtlərini müəyyən etməli (fərdi müştərilər qrupuna endirimlər və faydalar sistemi)
  • Satış həcmlərini proqnozlaşdırmalı
  • Məhsulun satılması üçün sxemlər hazırlamalı (yeni satış bölmələrindən mövcud dağıdıcı kanalların bərpasına qədər)
  • Qiymət siyasətinə və rəqib markalara olan tələbata nəzarət etməli, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etməli
  • Alt işçilərin işinə (supervayzer və satış təmsilçiləri) koordinasiya və nəzarət etməli
  • Şirkətin rəhbərliyinə görülən işlər barədə hesabat verməli
  • Məhsulu təşviq etmək və satmaq üçün digər əlaqəli vəzifələri yerinə yetirməli
  • Müxtəlif marketinq tədbirlərinin təşkili və keçirilməsini (reklam kampaniyaları, təqdimatlar) təmin etməli, sənaye sərgilərində iştirak etməli

İş şəraiti:

  • Maaş : 3000-4000 AZN (namizədin bilik və bacarıqlarına əsasən dəyişilə bilər) 
  • İş vaxtı: 09:00–dan 18:00 dək;
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Satış meneceri”qeyd edərək göndərə  bilərsiniz

Ünvan: Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace).Yaxınlıqda yerləşən obyektlər :Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi