Korporativ satış üzrə mütəxəssis

  • ITech Group
  • Elanın qoyulma tarixi: 09.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Dil bilikləri: Azərbaycan (yüksək), İngilis (orta), Rus (orta) 
  • Ofis proqramlarını bilmək 
  • Korporativ, xidmət və iş standartlarına uyğun olma bacarığı
  • İnformasiya Texnologiyaları sahəsində B2B və B2C və ya Korporativ satış sahəsində təcrübə mütləqdir 
  • Komandada işləmək, tapşırıqları vermək, məsuliyyət sahələrini idarə etmək bacarığı 
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması 
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması
  • Müştəri barədə məlumatları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayıb və müştəri bazasına qeyd edilməsi; 
  • Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi 
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması 
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması 
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi; 
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi; 
  • Müştərilər ilə və tərəfdaş şirkətlərin işçiləri ilə müntəzəm görüşlər aparmaq, təqdimatlar keçirmək, etirazlarla işləmək.
  • Kommersiya təkliflərinin hazırlanması
  • Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi
  • Fərdi və kollektiv satış planının yerinə yetirilməsi
  • Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması
  • Maliyyə hesabatları, xidmətlər üçün ödənişlərə nəzarət, layihələr üçün sənəd dövriyyəsi
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
  • Satış və xidmətin yüksək səviyyədə təmin edilməsi

İş şəraiti:

  • Ölkənin qabaqcıl və aktiv inkişaf edən İT Şirkəti sayılan iTech Group şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi 
  • Qanunvericiliyə uyğun sənədləşdirmə
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır 
  • Davamlı karyera inkişafı

Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ satış üzrə mütəxəssis" mövzusu ilə [email protected]   email ünvanına göndərməyiniz xahiş olunur.