Təchizatçı

  • Premium Mining
  • Elanın qoyulma tarixi: 26.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsi;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması;
  • Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;
  • Cəmiyyətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompyuter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi;
  • Cəmiyyətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını; 
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmək;
  • Təchizat meneceri tərəfindən verilən yazılı və şifahi tapşırıqları vaxtı – vaxtında, operativ, düzgün və təhlükəsiz icra etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil.
  • Avtoehtiyyat hissələrinin alışı üzrə minimal 1-3 il iş təcrübəsi;
  • Qaradağ rayonu ərazisində yaşayan namizədə üstünlük verilir.

İş şəraiti:

  • 6 günlük iş norması 
  • Nəqliyyat servisi ilə təmin olunma;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron ünvanına (“Təchizatçı” başlığı ilə) göndərməyini xahiş edirik.

Email: [email protected]