İşin təsviri
Vəzifə öhdəlikləri :
- İşçilərin əmək haqqlarının, digər ödəmə və ödənişlərinin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəlləri hazırlamaq;
- Məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinin hesablamalarını yerinə yetirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə işlənməsini icra etmək;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
- Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
- Əməliyyatları (hesablamanı, ödənişi, avansları və digər əməliyyatları) 1C proqramına işləmək;
- Aylıq daşınmaları hesablamaq;
- Aylıq yemək xərclərini hesablamaq;
- Şöbədaxili sənədləri təyinatı üzrə yerləşdirmək.
Namizədə olan tələblər
- Ali iqtisadi təhsil. Mühasibat uçotu ixtisasını bitirənlərə üstünlük veriləcək.
- Mühasib kimi minimal 2 il iş təcrübəsi;
- 1C 8.2 və excel proqramlarını mükəmməl bilmək
İş şəraiti
- 5 günlük iş rejimi. Saat 09:00-17:00
- Nəqliyyat servisi ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Şirkət Nəqliyyat daşımaları ilə məşğul olur.
Əmək haqqı : NET 1000 AZN.
İş yeri : Şıxov qəsəbəsi, Grand Park 2.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron ünvanına (“Mühasib” başlığı ilə) göndərməyini xahiş edirik.