İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- Vergi və mühasibat uçotunu aparmaq;
- Bank əməliyyatlarını həyata keçirmək, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi.
- Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək.
- Gündəlik və aylıq hesabatları tərtib etmək;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Minimum 3 il təcrübə
- PMS sertifikatının olması üstünlükdür.
- Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
- 1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
İş şərtləri:
- İş rejimi: 5 günlük
- İş saatı: 09:00 – 17:00
- İş yeri - Şıxov
- Servis var
- Əmək haqqı: Razılaşma yolu ilə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.