Satınalma üzrə mütəxəssis

İşin təsviri

Məsuliyyət:

  • Mövcud təchizatçılarla, mövcud çeşidlə yaxından və detalları ilə tanış olmaq
  • Yaranan sorğularla bağlı təchizatçılarla əlaqə yaratmaq, qiymət təklifi almaq, alternativ təchizatçılardan təklif almaq, müqaisəvi cədvəlləri qərar vermək üçün hazırlamaq
  • Xarici təchizatçılardan gələn təkliflərin idxal xərclərini nəzərə almaqla maya dəyərinin hesablanması və satış əməkdaşına təqdim olunması
  • Təsdiqlənən sifarişlərin təchizatçılara göndərilməsi, icrasına nəzarət, çatdırılmasına və gömrük xidmətini təmin edən şirkətin gömrük clearance prossesinə nəzarət etmək
  • Müvafiq sənədləşmənin və idxal olunmuş malların ERP sisteminə qeydiyyatı 

Bacarıqlar:

  • Satınalma təcrübəsi, Dəftərxana/Reklam/Promo çeşidləri üzrə olması üstünlükdür
  • Yaxşı yazılı kommunikasiya bacarığı (AZ, EN)
  • Microsoft Office + Gmail biliyi
  • Müstəqil nəticələr verə bilmə qabiliyyəti
  • Problemlər yaranan zaman stressə dözümlü olmaq və problem-solving qabiliyyəti

Məhsullar:

  • Reklam/Promo çeşidləri
  • Çeşidə İT və texnologiya məhsulları da daxil olunacaqdır

Qeydlər, maaş və bonuslar:

  • İş tam rəsmidir, maaş və bonuslar müzakirə olunacaq
  • 5 gün full-time on-site iş vaxtıdır
  • Çeşidlər haqqında tam təlim təmin olunacaq