İşin təsviri
Vəzifə öhdəlikləri:
- Daxili sifarişçilərdən daxil olan sorğuların (malların və xidmətlərin) mövcud təchizatçılardan satınalımasını təmin etmək
- Ehtiyac yaranarsa bəzi hallarda hər hansı məhsul üçün yeni təchizatçılarla əlavə yaratmaq (nadir hallarda tələb oluna bilər)
- Sifariş üçün ERP sistemində Sifariş Alış Qaiməsinsin (Purchase Order) yaradılması
- Alınan malların idxal edilməsi üçün loqistika şirkətin sorğu verilərək tapılması və müqaisəli təhlil ilə ən uyğun təklifi dəyərləndirmək
- Şirkətin idxal etdiyi malların broker şirkəti tərəfindən gömrük idarələrində rəsmiləşdirilməsinə nəzarət
- İdxal olunmuş malların maya dəyərinin hesablanması, sənəd paketinin mühasibatlığa təmin edilməsi və prossesin sonunda məhsulların dəqiq hesablanmış qiymətə əsasən ERP sisteminə mədaxil olunması
- Hər hansı problemlər aşkarlanan zaman həlli ilə məşğul olmaq, bunun üçün təchizatçılar, broker şirkət, daxili sifarişçi strukturlarla ünsiyyət yaratmaq
Namizədə dair tələblər:
Emosional Bacarıqlar:
- Sahə ilə bağlı inkişafa açıq olmaq
- Komanda halında işləməyi bacarmaq
- Müştəri fokuslu olmaq (daxili müştəri xidmət göstərdiyi bölmələr)
Texniki Bacarıqlar:
- İngilis dili B1 (intermediate) səviyyəsi (elektron poçt vasitəsilə yazışma bacarığı) kifayətdir
- Minimal iş təcrübəsi: 1 il
- Gömrük sənədləməsi barədə biliklərə və təcrübəyə sahib olmaq
İş şəraiti:
- Həftə içi hər gün 9.00 – 18.00
- Tam rəsmi və maaş həmçinin qanunvericiliyə uyğun tam rəsmi
- Məzuniyyət tam olaraq rəsmi
- Maaş NET 1000 AZN
- İş yeri – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşı tərəfi
- Location: https://maps.app.goo.gl/iYMepqGofaQDgsbq6
Subject: "Satınalma və Logistika üzrə Aparıcı mütəxəssis"