Şirkətinin satış etdiyi avadanlığın texniki imkanlarını və servis tələblərini ideal şəkildə öyrənmək.
Yeni satılan avadanlığın müştərinin təyin etdiyi sahədə quraşdırıb təhvil vermək. İstifadə təlimini keçmək.
Satılmış avadanlıqların yarana biləcək nazaslıqlarını aşkarlamaq, aradan qaldırmaq, təmir etmək (InHouse və Out ola bilər).
Aylıq planlara müvafiq olaraq və həmçinin gündəlik planlama şəklində bank və digər müştərilərin avadanlıqlarıında profilaktik işlər aparmaq
Anbara daxil olan yeni avadanlığın kondisiyaları yoxlayıb satışa ilkin olaraq hazırlamaq.
Təmsilçisi olduğumuz markalarının avadanlığının texniki təlimatlarını tam olaraq oxumaq, mənimsəmək, texniki praktiki işə tam hazır olmaq.
Rəhbərin təlimatlarına müvafiq olaraq xarici və yerli treyninq, texniki konfrans, sərgilərdə iştirak etmək.
Elektronika sahəsində bilikləri genişlətmək və yeniliklər barədə daima məlumatlı olmaq.
İnternet vasitəsilə məlumat araşdırmaq və rəhbərlik+satış əməkdaşları ilə paylaşmaq.
TƏLƏBLƏR:
Texniki ali təhsil üstünlükdür.
Muvafiq sahədə ən azı 1 il təcrübə üstünlükdür.
Şəxsi avtomobilin olması üstünlükdür.
Ən azı 1 xarici dil biliyi üstünlükdür (müvafiq texniki sənədlələ tanış olmaq üçün).
İŞ ŞƏRTLƏRİ:
Əmək haqqı 600-1000 AZN (əməkdaşın bacarıqlarına uyğun razılaşma ilə) + bonuslar.
İş yeri: Bakı ş. mərkəzi.
Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq (yerli və xarici, həmçinin online). ● İş/Fəaliyyət istiqaməti – Xəzinə avadanlığı, Ödəniş terminalları.Ofis ünvanı – Lermontov küçəsi 4, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi). CV göndərmək üçün mail ünvanı: [email protected]