HR Mütəxəssis (HR Specialist)

  • Trawell Group
  • Elanın qoyulma tarixi: 19.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil;
  • AR Əmək Məcəlləsi o cümlədən, müvafiq sahədə qanunvericilik və AR normativ aktlarını bilməli;
  • Elektron Hökümət Portalından (EMAS və s.) istifadə qaydalarını bilməli;
  • Azərbaycan və İnglis dili -əla bilmək , rus dili arzuolunandır;
  • MS Office (word, excel, powerpoint) əla bilməli;
  • İnsan resursları sahəsində ən azı 3 il iş təcrübə;
  • Müqavilələrlə iş, sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bilməli;
  • Yaş həddi; 30 yaşa qədər;

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə əsasən şəxsi işlərin formalaşdırılması və qeydiyyatının aparılması, işə qəbul edilməsi, xitam verilməsi və.s əlaqəli öhdəliklər;
  • Müvafiq əmrlərin yazılması, elektron Hökumət Portalına daxil edilməsi (EMAS);
  • Kadr kargüzarlığının qanunvericiliyə uyğun tərtib edilməsi (işçilərlə əmək müqavilələrinin (əlavə və dəyişikliklərin) bağlanması, sənədləşmənin həyata keçirilməsi və Elektron hökumət portalına daxil edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, işdən çıxan işçilərin sistemdən çıxarılması və s.);
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Əmək kitabçalarının qeydiyyatını aparmaq;
  • Analıq məzuniyyəti və xəstəlik vərəqələrini doldurmaq və elektron sistemdə tam prosesini aparmaq
  • Mühasibatlığın tələb etdiyi bütün hesabatları vaxtında və düzgün vermək;
  • İşçi heyəti üçün gündəlik işə davamiyyət cədvəllərini hazırlamaq;
  • Müəssisədə quraşdırılmış finger print aparatında işçilərin qeydiyyatını aparmaq və müntəzəm istifadəsinə nəzarət etmək;
  • İşə qəbul üçün müraciət edən namizədlərin müraciətlərinin təhlil edilməsi;
  • CV -lərin seçilməsi və müsahibələrin təşkil edilməsi;
  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və aidiyyatı üzrə təqdim etmək;

Təklif:

  • Rəsmi Əmək Müqaviləsi ilə Əmək haqqı : 1000 AZN (təcrübədən asılı olaraq formalaşır);
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Gənc, dinamik komandada lokal və qlobal startapların bir hissəsi olmaq;

Müraciət üçün emailə “HR mütəxəssis” başlığı ilə CV -lərinizi göndərə bilərsiniz. Yalnız tələblərə uyğun namizədlər məqbul hesab ediləcəkdir. 

Son Tarix: 20.03.2023