Viza Mütəxəssisi

  • Trawell Group
  • Elanın qoyulma tarixi: 07.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivlə çalışmaq
  • Yüksək komanda ruhunda əməkdaşlıq
  • Karyera inkişafı üçün mükəmməl şərait
  • AR Əmək məcəlləsinə uyğun şəkildə təmin edilmiş əmək şəraiti

Vəzifə öhdəlikləri:

  • Müştəri müraciətlərinin qəbul edilməsi və cavablandırılması
  • Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi
  • Müştərilərdən viza üçün tələb olunan sənədlərin toplanması və yoxlanması
  • Viza üçün ərizə və anket formlarının doldurulması
  • Viza alınması prosesinin həyata keçirilməsi üçün otel və bilet bronlarının edilməsi

Namizədə tələblər:

  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Şengen, ABŞ, Kanada, Birləşmiş Krallıq vizaları başda olmaqla viza sənədləşməsi və prosesilə bağlı yüksək məlumat səviyyəsi
  • B2B və B2C satış bacarıqları (telefon danışığında, sosial şəbəkələrdə, görüşlərdə)
  • Azərbaycan və ingilis dilini şifahi və yazılı şəkildə yüksək səviyyədə bilmək (rus dili üstünlükdür)
  • Effektiv kommunikasiya bacarığı
  • Yüksək iş etikası
  • Komanda ilə işləmə bacarığı
  • Operativ və məsuliyyətli işləmə bacarığı
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı
  • Yaş həddi: 22-35 

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi 
  • Mərkəzdə yerləşən ofis
  • İş rejimi: 5/2 
  • Əmək haqqı: 550-800 AZN + Aylıq Bonus

Yalnız qeyd etdiyimiz tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Viza Mütəxəssisi” qeyd edərək göndərə bilərlər.

Müraciət üçün son tarix: 07.09.2023