Mühasib (Aparıcı Mühasib)

  • Trawell Group
  • Elanın qoyulma tarixi: 04.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətdə mühasibat uçotunun təşkili və aparılmasını təmin etmək;
  • Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;
  • E-Qaimə fakturalarının, VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
  • Mühasibatlıqla bağlı rəsmi müqavilələrin hazırlanması;

Namizədə tələblər:

Təhsil və Təcrübə üzrə:

  • Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
  • İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi təcrübəsi olanlar, Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);
  • ACCA-FA üzrə sertifikat mütləqdir (Digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür);
  • Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
  • Praktiki İngilis dili;

Şəxsi Keyfiyyətlər:

  • Yüksək riyazi zəka, analiz etmə bacarığı və problem həll etmək bacarığı;
  • Disiplin, nizam-intizam, məsuliyyətli və dəqiq olmaq, öhdəlik götürə bilmək, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Yaş həddi: 30 yaşa qədər

Biz nə təklif edirik:

  • Gənc və professional kollektivlə çalışmaq
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Karyera inkişafı üçün şərait
  • AR Əmək məcəlləsinə uyğun əmək müqaviləsi

İş şəraiti:

  • İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar)
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • Mərkəzdə yerləşən ofis

Yalnız tələblər bölməsində qeyd olunanlara uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Mühasib” qeyd edərək göndərə bilərlər. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün son tarix: 04.09.2023