Aparıcı Mühasib

  • Trawell Group
  • Elanın qoyulma tarixi: 06.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətdə mühasibat uçotunun təşkili və aparılmasını təmin etmək;
  • Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;
  • E-Qaimə fakturalarının, VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
  • Mühasibatlıqla bağlı rəsmi müqavilələrin hazırlanması;
  • Maliyyə Menecerinin tapşırdığı vəzifəsinin icrası ilə bağlı digər bütün vəzifə öhdəlikləri;

Namizədə tələblər:

Təhsil və Təcrübə üzrə:

  • Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
  • İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi təcrübəsi olanlar, Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • ACCA-FA üzrə sertifikat mütləqdir (Digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür);

Biliklər: 

  • Mükəmməl Excel bilikləri;
  • Sərbəst şəkildə hesabat hazırlama bacarığı;
  • AR Vergi və Əmək məcəlləsi üzrə nəzəri biliklər və praktiki təcrübə;
  • Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
  • E-taxes.gov.az və isb.az portallarından istifadə bacarığı və BTB Proqramı üzrə iş təcrübəsi;
  • Praktiki İngilis dili;

Şəxsi Keyfiyyətlər:

  • Yüksək riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
  • Aktiv, çevik, planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Disiplin, nizam-intizam, məsuliyyətli olmaq və diqqətli, dəqiq işləyə bilmə bacarıqlarına sahib olmaq;
  • Yaş həddi: 30 yaşa qədər

Biz nə təklif edirik:

  • Gənc və professional kollektivlə çalışmaq
  • Yüksək komanda ruhunda, əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Karyera inkişafı üçün şərait
  • AR Əmək məcəlləsinə uyğun əmək müqaviləsi

İş şəraiti:

  • İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar vaxtı)
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • Şəhər mərkəzində yerləşən ofis

Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Aparıcı Mühasib” qeyd edərək email ünvanına yollaya bilərlər. 

Müraciət üçün son tarix: 06.08.2023