Daxili nəzarət üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Daxili nəzarət və daxili audit planına əsasən şirkətin struktur vahidlərində daxili nəzarət tədbirlərini həyata keçirmək;
  • Şirkətin daxili prosedurlarına nəzarət, qayda pozuntularını yoxlamaq və pozuntuların qarşısının alınması üçün tədbirlər görmək; 
  • Daxili nəzarət və daxili audit tədbirlərinin tətbiq edildiyi struktur vahidinin fəaliyyətinin daxili qaydalara və müəyyən edilmiş prosedurlara uyğunluğunu qiymətləndirmək;
  • Daxili nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı aşkar edilmiş nöqsanları haqqında Departament müdirinə dərhal məlumat vermək və sənədləşdirmək;
  • Struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, o cümlədən xidməti araşdırmaların və audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək;
  • Mal-material üzrə təhvil-təslim aktlarının düzgünlüyünə nəzarət etmək;
  • İş Planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • Daxil olan sənədlərə, ərizə, təklif və şikayətlərə şirkətdaxili qaydalara uyğun baxmaq və cavablandırılmasını təşkil etmək;
  • Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək .

Namizəd üçün tələblər:

  • Ali təhsil;
  • 2 il iş təcrübəsi (analoji sahə üzrə);
  • MS Ofis proqramlarından istifadə bacarığı;
  • Analitik təhlil etmə, planlama, araşdırma və müqaisə etmə bacarığı;
  • Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.

Əmək Şəraiti:

  • AR-nın ƏM - nə uyğun sənədləşmə;
  • İş Rejimi: Həftənin 5 günü;
  • İş saatı: 09:00-dan 18:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.
  • Ünvan: Sumqayıt şəhəri, Sumqayıt şossesi.

Əmək haqqı: razılaşma yolu ilə

Son müraciət tarixi: 17.03.2023

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Daxili nəzarət üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]