İnsan resursları üzrə aparıcı mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı sənədləşmənin həyata keçirilməsi və ƏMAS-da qeydiyyatının aparılması
  • İşçilərin şəxsi işlərini formalaşdırılması, arxivləşdirilməsi və daxili ERP proqramında qeydiyyatının aparılması
  • Məzuniyyət, ezamiyyə proseslərinin rəsmiləşdirilməsi
  • İş yerindən arayışlar, digər təyinatlı arayışların hazırlanması

Əlavə vəzifə öhdəlikləri:

  • İş analizlərinin keçirilməsində, Vəzifə təlimatlarının hazırlanmasında iştirak
  • Təlim ehtiyaclarının müəyyən edilməsində, təlimlərin təşkilində iştirak
  • İşçilərin İllik və yarımillik performans dəyərləndirilməsində iştirak
  • Şirkətdaxili tədbirlərin təşkil edilməsində iştirak 

Tələblər:

  • Ali təhsil
  • Dil bilikləri: Rus və ingilis dilləri
  • İnsan Resursları üzrə 1-3 il iş təcrübəsi
  • AR Əmək Məcəlləsi üzrə biliklər
  • “ƏMAS - Əmək və Məşğulluq" altsistemi üzrə biliklər
  • MS Office proqramlarından sərbəst istifadə
  • Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
  • Analitik düşüncə qabiliyyəti

 

https://glorri.com/agrofoodinvest/63eccb9dd6c16fbd80d922e8-%C4%B0nsan%20Resurslar%C4%B1%20%C3%BCzr%C9%99%20apar%C4%B1c%C4%B1%20m%C3%BCt%C9%99x%C9%99ssis?sources

Agro Food Investments tərəfindən digər vakansiyalar